Azərbaycanın "Babək" strukturunda kəşfiyyata başlamaq üçün hazırlıq görülür

Azərbaycanın "Babək" strukturunda kəşfiyyata başlamaq üçün hazırlıq görülür Xoşbəxt Yusifzadə: "Geoloji tədqiqatlar "Ümid" yatağının "Babək" strukturuna bağlı olduğunu göstərib"
Energetika
1 İyun , 2017 13:08
Azərbaycanın Babək strukturunda kəşfiyyata başlamaq üçün hazırlıq görülür
Report.az

Bakı. 1 iyun. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək" strukturunda 2018-ci ildə kəşfiyyat işlərinin başlanmasına hazırlıq görülür.

"Report" xəbər verir ki, bunu bu gün Bakıda işə başlayan XXIV Beynəlxalq Xəzər neft-qaz konfransında çıxışında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Ümid" yatağının karbohidrogen ehiyatları 200 mlrd. kubmetr qaz, 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hazırda yataqdakı kəşfiyyat və hasilat quyularından gündə 1 mln. kubmetrdən artıq qaz, 200 tona yaxın kondensat hasil olunur. Geoloji tədqiqatlar bu yatağın "Babək" strukturuna bağlı olduğunu göstərib. Bu yataq və strukturun birgə işlənməsi üzrə təkliflər hazırlanıb və Risk Xidmət Sazişi imzalanıb", - deyə SOCAR rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə bu il yanvarın 12-də imzalanıb, mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi