Azərbaycanda mayda elektrik enerjisinin istehsalı azalıb

Azərbaycanda mayda elektrik enerjisinin istehsalı azalıb Bu ilin may ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 1 899,6 milyon kVt/saat, ixracı 21,7 milyon kVt/saat, idxalı isə 17,5 milyon kVt/saat təşkil edib.
Energetika
10 İyun , 2020 11:27
Azərbaycanda mayda elektrik enerjisinin istehsalı azalıb

Bu ilin may ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 1 899,6 milyon kVt/saat, ixracı 21,7 milyon kVt/saat, idxalı isə 17,5 milyon kVt/saat təşkil edib. 

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 17,5 milyon kVt/saat azalıb, ixrac 2,7 milyon kVt/saat, idxal isə 8,6 milyon kVt/saat artıb.

Bu ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı illik müqayisədə 51,1 milyon kVt/saat artaraq 10 796,5 milyon kVt/saat olub.

Ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 200,8 milyon kVt/saat artaraq 10 095,6 milyon kVt/saat, SES-lərdə 150,5 milyon kVt/saat azalaraq 549 milyon kVt/saat, digər mənbələrdə (KES, GES və BMTYZ) isə 0,7 milyon kVt/saat artaraq 151,9 milyon kVt/saat olub. Külək Elektrik Stansiyalarında 45,1 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında 18,1 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 88,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 5 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 650,6 milyon kVts (İES-lərdə 9 186,2 milyon kVt/saat, SES-lərdə 464,4 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 155,8 milyon kVt/saat (İES-lərdə 65,2 milyon kVt/saat, SES-lərdə 75,1 milyon kVt/saat, Günəş ES-də 15,5 milyon kVt/saat), Müstəqil Elektrik Stansiyaları üzrə 990,1 milyon kVt/saat təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 milyon kVt/saat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 113,7 milyon kVt/saat azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 milyon kVt/saat təşkil etməklə, illik müqayisədə 1,1 milyon kVt/saat artıb.

Son xəbərlər

Orphus sistemi