Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 mlrd. kVt/saat olub.
Bu barədə “Report”a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən ilin iyun ayı ilə müqayisədə istehsal 0,056 mlrd. kVt/saat və ya 3,52% azalıb.
Qeyd edək ki, həmin dövrdə “Azərenerji” 1,593 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
Məlumatda deyilir ki, eyni zamanda, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.