Azərbaycanda I yarımillikdə 5,2 mlrd. kubmetr qaz istehlak edilib

Azərbaycanda I yarımillikdə 5,2 mlrd. kubmetr qaz istehlak edilib Bu ilin ilk yarısında Azərbaycanda 11,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub
Energetika
15 Avqust , 2017 14:41
Azərbaycanda I yarımillikdə 5,2 mlrd. kubmetr qaz istehlak edilib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanda bu ilin ilk yarısında 11,8 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun 78,9%-i hasilatın, 14,5%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 6,6 %-i isə idxalın hesabına formalaşıb.

Belə ki, hesabat dövründə əmtəəlik qaz hasilatının həcmi 9,3 mlrd. kubmetr, ilin əvvəlinə mövcud olan ehtiyatın həcmi 1,7 mlrd. kubmetr, idxalın həcmi 779 mln. kubmetr təşkil edib.

Ehtiyatların 43,8%-i ölkə daxilində istehlak edilib, 37,4%-i ixrac olunub, 4,5%-i itkiyə gedib, 14,3%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.

Bu ilin ilk yarısında ölkə daxilində 5,2 mlrd. kubmetr qaz istehlak olunub. Hesabat dövründə 4,4 mlrd. kubmetr qaz ixrac olunub, 531 mln. kubmetr itki olub, 1,7 mlrd. kubmetr iyulun əvvəlinə ehtiyat kimi qalıb.

Son xəbərlər

Orphus sistemi