Azərbaycanda günəş enerjisinin istehsalı 4%-dən çox artıb

Azərbaycanda günəş enerjisinin istehsalı 4%-dən çox artıb Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 865,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Energetika
12 İyun , 2020 17:05
Azərbaycanda günəş enerjisinin istehsalı 4%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  865,5 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 1,5% artaraq 126,2 mln manat təşkil edib.

Ötən beş ay ərzində Azərbaycanda 10 536,8 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 5,7% çoxdur.

Bunun 356,9 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 21,2% azdır.

Bunun 9 612,6 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilinbeş ayının göstəriciləri ilə müqayisədə 8,3% çoxdur.

Hesabat dövründə Azərbaycanda 44,1 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin beş ayının göstəriciləri ilə müqayisədə 9,3% azdır.

Yanvar-may aylarında ölkədə 17,4 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 4,2% çoxdur.

Son xəbərlər

Orphus sistemi