Azərbaycanda geoloji-kəşfiyyat işlərinə xərclənən vəsait 3,6 dəfə artıb

Azərbaycanda geoloji-kəşfiyyat işlərinə xərclənən vəsait 3,6 dəfə artıb 2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 mln. manat vəsait sərf olunub.
Energetika
24 Fevral , 2020 12:26
Azərbaycanda geoloji-kəşfiyyat işlərinə xərclənən vəsait 3,6 dəfə artıb
google.az

2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 mln. manat vəsait sərf olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, geoloji-kəşfiyyat işlərinə xərclənən vəsait 2018-ci illə müqayisədə 3,6 dəfə çoxdur. Bildirilib ki, artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxalması hesabına baş verib.

Aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9%-i neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 126,1 mln. manat xərclənib.

2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7%, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1% çox vəsait sərf edilib.

Son xəbərlər

Orphus sistemi