Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 31% artıb

Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 31% artıb Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25 172,9 min ton həcmində xam neft hasil edilib.
Energetika
16 Sentyabr , 2019 11:36
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 31% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 25 172,9 min ton həcmində xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 25 119,8 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin səkkiz ayında neft hasilatının həcmi ötən ilin müvafiq dövründən 2,4%, əmtəəlik xam neftin həcmi isə 2,5% az olub.

Hesabat dövründə ölkədə 23 074,1 mln. kubmetr həcmində təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 18,1% çoxdur.

Hasil edilən təbii qazın 15 864,9 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin səkkiz ayında əmtəəlik təbii qazın həcmində 30,9% artım qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi