Azərbaycanda əmtəəlik qaz hasilatı 36% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 36% artıb Bu ilin I rübü ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 9 693,6 min ton xam neft hasil edilib.
Energetika
17 Aprel , 2019 17:20
Azərbaycanda əmtəəlik qaz hasilatı 36% artıb

Bu ilin I rübü ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 9 693,6 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 9 681,3 min tonu əmtəəlik xam neft olub.

Əmtəəlik neft hasilatı ötən ilin I rübündən 0,4% çox olub.

Hesabat dövründə ölkədə 9 074,2 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 27% çoxdur.

Qaz hasilatının 6 041,5 mln. kubmetri əmtəəlik qaz olub. Əmtəəlik qaz hasilatının həcmi ötən ilin I rübündən 36% çoxdur.

Son xəbərlər

Orphus sistemi