Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib Kəndin 86 abonenti qazla təmin olunub
Energetika
11 Dekabr , 2015 17:34
Azərbaycanda daha bir kəndə ilk dəfə təbii qaz verilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Cəlilabad rayonunun Ətcələr kəndinə ilk dəfə təbii qaz verilib.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, kəndin 86 abonenti qazla təmin olunub.

Qaz verilişi münasibətilə keçirilən tədbirdə bildirilib ki, kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 7 696 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Son xəbərlər

Orphus sistemi