Azərbaycanda bu il 195 yaşayış məntəqəsinə qaz verilib

Azərbaycanda bu il 195 yaşayış məntəqəsinə qaz verilib Bu ilin ilk 11 ayında 7 777 km yeni qaz kəməri quraşdırılıb
Energetika
8 Dekabr , 2016 14:54
Azərbaycanda bu il 195 yaşayış məntəqəsinə qaz verilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu ilin yanvar-noyabr ayları ərzində 7 776,5 km yeni qaz kəməri quraşdırıb.

“Report” İB-yə istinadən xəbər verir ki, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 246,5 km qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 195 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Son xəbərlər

Orphus sistemi