Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq

Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq Bakı. 30 oktyabr. REPORT.AZ/ “Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması məqsədi ilə hüquqi bazanın yaradılmasına start verilib. Bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınır. Həmçinin prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb olunub”.
Energetika
30 Oktyabr , 2018 11:38
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə artırılacaq
0 : 00
0 : 00

Bakı. 30 oktyabr. REPORT.AZ/ “Bərpa olunan enerji mənbələrindən istifadənin artırılması məqsədi ilə hüquqi bazanın yaradılmasına start verilib. Bu qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübə nəzərə alınır. Həmçinin prosesə beynəlxalq məsləhətçi şirkətlər cəlb olunub”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinin sədri Samir Axundov deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsində bir neçə əsas istiqamət nəzərdən keçiriləcək: "Bunlar siyasi, iqtisadi, ekologiya, əmlak və investisiyaların cəlb olunma məsələləridir".

Agentlik rəhbəri deyib ki, generasiya güclərində dəyişikliklər edilməlidir: "Bildiyiniz kimi, bərpa olunan enerji mənbələri təbiət mənbəyidir və bunları fasiləsiz təmin etmək qeyri-mümkündür. Bununla bağlı bizim şəbəkənin və generasiya güclərimizin dəyişikliklər edilməsi məcburiyyətində qalırıq. Bu isə modern şəbəkələrin yaradılmasını zəruri edir. Ona görə də şəbəkədə texniki dəyişikliklər aparılacaq. Mövcud istilik elektrik stansiyalarında da tədbirlər görülməlidir. Yeni İES-lər tikiləndə isə bu məsələlər nəzərdən keçirilməlidir. Yəni, İES-lər hazır vəziyyətdə olmalıdır ki, bərpa olunan enerji mənbələrindən gələn elektrik enerjisi kəsiləndə həmin dəqiqə fasiləsiz elektrik enerjisi təmin edilsin".

Son xəbərlər

Orphus sistemi