Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub ARDNF-nin icraçı direktoru ilə Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti arasında görüş keçirilib
Energetika
11 May , 2016 17:58
Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə MEDEF-in (Fransa Sahibkarlar Təşkilatı) biznes şurasının prezidenti və SUEZ qrupun baş direktorunun müavini Mari-Anj Döbonun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

"Report"un Fonda istinadən verdiyi xəbərə görə, Ş.Mövsümov nümayəndə heyətinə ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüşdə Azərbaycan və Fransa arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, gələcək inkişaf perspektivləri, ARDNF-nin bu ölkədəki investisiyaları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi