Azərbaycan II rübdə qaz ixracını 22%-dən çox artırıb

Azərbaycan II rübdə qaz ixracını 22%-dən çox artırıb Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)5 milyon tondan artıq xam neft ixrac edib.
Energetika
15 İyul , 2020 16:08
Azərbaycan II rübdə qaz ixracını 22%-dən çox artırıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 milyon tondan artıq xam neft ixrac edib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir. 

Məlumata görə, rüb ərzində şirkətin təbii qaz ixracının həcmi isə 138 milyon kubmetr təşkil edib. Ölkə üzrə qaz ixracının həcmi isə 3 milyard kubmetrə bərabər olub ki, bu da illik müqayisədə 22,5% çoxdur. 

Aprel-iyun aylarında neft emalı və neft-kimya məhsullarının ixrac həcmi isə 671 min ton olub. 

Son xəbərlər

Orphus sistemi