Azərbaycan qaz hasilatını 5% artırıb

Azərbaycan qaz hasilatını 5% artırıb Yanvar-oktyabr aylarında Azərbaycanda 25,2 mlrd. kubmetr təbii qaz hasil edilib
Energetika
17 Noyabr , 2014 10:01
Azərbaycan qaz hasilatını 5% artırıb
Bakı. 17 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda 25,2 mlrd. kubmetr həcmində təbii qaz hasil olunub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

Hasil olunan qazın ümumi həcmindən 15,481 mlrd. kubmetri əmtəə qazı təşkil edib. Qeyd etmək lazımdır ki, qaz hasilatının ümumi həcmi 5,1%, əmtəə qazının həcmi isə 5,9% artıb.

Proqnozlara əsasən, 2014-cü ildə Azərbaycanda ümumi qaz hasilatı 28,42 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi