Azərbaycan Prezidenti "Qazprom"un Direktorlar Şurasının sədrini qəbul edib

Azərbaycan Prezidenti "Qazprom"un Direktorlar Şurasının sədrini qəbul edib Görüşdə iki ölkə arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub
Energetika
8 Mart , 2016 17:00
Azərbaycan Prezidenti Qazpromun Direktorlar Şurasının sədrini qəbul edib

Bakı. 8 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının “Qazprom” şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkovu qəbul edib.

"Report" xəbər verir ki, V.Zubkov Bakıda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.

Görüşdə Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.

Söhbət zamanı ölkələr arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də “Qazprom” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüşdə həmçinin V.Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi