Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

Azərbaycan neftinin qiyməti 86 dolları ötüb Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı Azeri LT CIF markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar və yaxud 1,42% artıb.
Energetika
10 Oktyabr , 2018 09:32
Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,21 dollar və yaxud 1,42% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 86,49 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi