Azərbaycan neftinin qiyməti 50 dolları ötüb

Azərbaycan neftinin qiyməti 50 dolları ötüb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,51 dollara bərabər olub
Energetika
9 Sentyabr , 2016 09:24
Azərbaycan neftinin qiyməti 50 dolları ötüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,46 dollar və yaxud 5,12% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,51 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi