Azərbaycan neftinin Belarusa tədarük olunacağı vaxtı açıqlandı

Azərbaycan neftinin Belarusa tədarük olunacağı vaxtı açıqlandı Belarusun “Belneftechim” dövlət konserni SOCAR-dan daha bir tanker gəmisinin Ukraynanın Odessa limanına gəlməsini bu ayın axırınadək gözləyir.
Energetika
25 İyun , 2020 14:54
Azərbaycan neftinin Belarusa tədarük olunacağı vaxtı açıqlandı

Belarusun “Belneftechim” dövlət konserni SOCAR-dan daha bir tanker gəmisinin Ukraynanın Odessa limanına gəlməsini bu ayın axırınadək gözləyir.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat katibi Aleksandr Tsisçanka bildirib.

O, 85-90 min ton neft göndəriləcəyini deyib.

Daha sonrakı neft tədarükləri ilə bağlı işlərin getdiyi də diqqətə çatdırılıb.

SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov “Report”a iyunun 25-26-da Supsa limanından Belarus üçün neft göndərməyi nəzərdə tutduqlarını bildirib.

Daha əvvəl açıqlandığı kimi, bu ilin mart – aprel ayları ərzində "SOCAR Trading" şirkəti “Belneftechim” üçün Odessa limanı və daha sonra Odessa – Brodı neft kəməri vasitəsilə dörd dəfəyə 335 min ton neft göndərib. Bunun 250 min tonu mart ayında üç dəfəyə, 85 min tonu da aprel ayında tədarük edilib.

“Belneftechim” SOCAR-dan il ərzində 1 milyon tonadək neft alacaqlarını açıqlamışdı. Şirkətin Xarici əlaqələr baş idarəsinin rəhbəri Ruslan Labut Belarus neft satıcı şirkətlərinin Azərbaycan tərəfdaşları ilə uzunmüddətli tədarük müqavilələri üzərində çalışdıqlarını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi