Azərbaycan neftinin 82%-i BTC kəməri ilə ixrac olunur

Azərbaycan neftinin 82%-i BTC kəməri ilə ixrac olunur Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 10 124 min ton neft nəql edilib.
Energetika
17 Aprel , 2018 16:12
Azərbaycan neftinin 82%-i BTC kəməri ilə ixrac olunur

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 10 124 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 81,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu kəmər vasitəsilə 8 258,6 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə 1 538,8 min ton tranzit nefti də nəql edilib.

Hesabat dövründə magistral qaz kəmərləri ilə isə 6 662,1 mln. kub-metr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,1% artım müşahidə olunub. Qazın nəqlinin 30,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə 2 046,2 mln. kub-metr qaz ötürülüb. 

Son xəbərlər

Orphus sistemi