Azərbaycan nefti yenidən ucuzlaşıb

Azərbaycan nefti yenidən ucuzlaşıb "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,85 dollara düşüb
Energetika
10 Sentyabr , 2015 09:47
Azərbaycan nefti yenidən ucuzlaşıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,96 dollar yaxud 1,90% azalıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 49,85 dollara düşüb.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi