​Azərbaycan neftinin qiyməti 60 dolları keçib

​Azərbaycan neftinin qiyməti 60 dolları keçib Ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 57,38 dollar/barel olub
Energetika
27 Mart , 2015 11:12
​Azərbaycan neftinin qiyməti 60 dolları keçib

Bakı. 27 mart. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 2,99 dollar, yaxud 5,21% bahalaşıb. Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Məlumata görə, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,37 dollara bərabərdir.

Xatırladaq ki, ötən həftənin sonunda bu rəqəm 54,24 dollar/barel, dünən isə 57,38 dollar/barel olub.

Son xəbərlər

Orphus sistemi