Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb "Azeri LT CIF" markalı neftin qiyməti 60,30 dollar/barelə bərabər olub
Energetika
27 Sentyabr , 2017 09:36
Azərbaycan nefti cüzi ucuzlaşıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,21 dollar və yaxud 0.35% azalıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 60,30 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi