Azərbaycan nefti cüzi bahalaşıb

Azərbaycan nefti cüzi bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 36,93 dollara bərabərdir
Energetika
23 Dekabr , 2015 09:49
Azərbaycan nefti cüzi bahalaşıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,22 dollar yaxud 0,6% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 36,93 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi