​Azərbaycan nefti 5% ucuzlaşıb

​Azərbaycan nefti 5% ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,99 dollara bərabərdir
Energetika
25 Avqust , 2015 09:42
​Azərbaycan nefti 5% ucuzlaşıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,24 dollar yaxud 4,85% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 43,99 dollara bərabərdir.

Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 46,23 dollar/barel olub.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi