Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 350,7 min ton həcmində neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 108 mln. ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-aprel aylarında neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,7% olub.
Bu ilin yanvar-aprel ayları ərzində ixrac edilən neft məhsullarının həcmi ötən ilin müvafiq dövründən 2,6%, dəyəri isə 39,5% azdır.