​Azərbaycan nefti bahalaşıb

​Azərbaycan nefti bahalaşıb Hazırda "Azeri LT CIF" markalı neftin qiyməti 37,5 dollara/barelə çatıb
Energetika
24 Dekabr , 2015 09:41
​Azərbaycan nefti bahalaşıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "AzeriLTCIF" markalı xam neftin bir barelinin qiyməti 0,54 dollar yaxud 1,46% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 37,47 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi