​Azərbaycan martda neftin ixracıni 4% artırıb

​Azərbaycan martda neftin ixracıni 4% artırıb Neft məhsullarının ixracı isə illik müqayisədə 50% artıb
Energetika
17 Aprel , 2015 14:53
​Azərbaycan martda neftin ixracıni 4% artırıb

Bakı. 17 aprel. REPORT.AZ/ Cari ilin mart ayında sayğac göstəricilərinə əsasən, Azərbaycandan 8 417 368,44 ton xam neft ixrac olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 324 575,94 ton yaxud 4,01% çoxdur.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu neftin 46 679 095,84 tonu BTC (Bakı-Tbilisi-Ceyhan), 1 092 889,80 tonu Bakı-Supsa, 339 491,00 tonu Şimal boru kəməri (Bakı-Novorossiysk), 305 891,80 tonu isə dəmir yolu nəqliyyatı ilə ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,54%, 1,14%, 33,47% və 25,26% artım deməkdir.

Gömrük bəyannamələrinə əsasən, hesabat ayında ölkədən 2 629,791 mln. ABŞ dolları dəyərində 6 393 237,40 ton xam neft ixracı həyata keçirilib. Beləliklə, bəyannamə əsasında xam neftin ixracının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 15,76% artıb, dəyəri isə əksinə, 42,37% azalıb.

Hesabat dövründə neft məhsullarının ixracı illik müqayisədə 198 089,20 ton yaxud 49,83% artaraq 595 616,50 tona çatıb. Bildirək ki, martda ixrac edilən neft məhsullarının ümumi dəyəri son bir ildə 79,646 mln. dolları yaxud 28,55% azalaraq 199,622 mln. dollara düşüb.

Son xəbərlər

Orphus sistemi