Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən külək elektrik stansiyalarında bu ilin yanvar-may aylarında 2,9 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 32% çoxdur.
"Report"un
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində bu ilin 5 ayında 829,2 mln. manat həcmində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 4,3%-lik artım əldə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilmiş məhsulların həcmi 7,0% artaraq 91,0 mln. manat təşkil edib.