Azərbaycan ilin əvvəlində neft hasilatını artırıb

Azərbaycan ilin əvvəlində neft hasilatını artırıb Nəzərdə tutulandan 600 min ton artıq neft hasil olunub
Energetika
9 Aprel , 2016 21:34
Azərbaycan ilin əvvəlində neft hasilatını artırıb

Bakı. 9 Aprel. REPORT.AZ/ “Neftin dünya bazarında qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan qlobal böhranın ən şiddətli xoşagəlməz dövründə belə mühüm nailiyyətlər qazanıb”.

“Report”un xəbərinə görə, bunu prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında energetika naziri Natiq Əliyev deyib.

“2016-cı ilin birinci rübü ərzində respublikada 9,9 milyon ton proqnoza qarşı 10,5 milyon ton neft hasil edilib. Bu da nəzərdə tutulandan 600 min ton artıqdır. Hasil olunan neftin 82 faizi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının payına düşür. Bu dövrdə 8,9 milyon ton neft ixrac edilib ki, bunun da 8,7 milyon tonu konsorsiuma və 220 min tonu SOCAR-a aiddir. Rüb ərzində respublikada 7,5 milyard kubmetr qaz hasil edilib və bu da müvafiq proqnozdan 197 milyon kubmetr çoxdur”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi