Azərbaycan gündəlik neft hasilatını 35 min barrelə qədər azaldacaq

Azərbaycan gündəlik neft hasilatını 35 min barrelə qədər azaldacaq Bununla bağlı nazirlərin görüşündə razılıq əldə edilib
Energetika
10 Dekabr , 2016 19:43
Azərbaycan gündəlik neft hasilatını 35 min barrelə qədər azaldacaq

Bakı. 10 dekabr. REPORT.AZ/ OPEC-ə daxil olmayan ölkələr gündəlik neft hasilatını azaldacaqlar.

"Report" xəbər verir ki, bu barədə Nigeriyanın Neft Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, OPEC-in Vyanadakı mənzil-qərargahında keçirilən iclasda qəbul edilmiş qərara əsasən neft istehsal edən ölkələrin birliyinə daxil olmayan digər dövlətlər gündəlik neft hasilatını 612 min barrelə qədər ixtisar edəcəklər.

"Biz bildirməyə şadıq ki, OPEC və təşkilata daxil olmayan ölkələr nazirlərin görüşündə müsbət nəticələrə nail oldular", - deyə nazirliyin "Twitter"də yerləşdirilmiş məlumatında bildirilir.

Məlumata əsasən Azərbaycan sutka ərzində neft hasilatını 35 min barrel, Rusiya 300 min barrel, Meksika 100 min barrel, Qazaxıstan 50 min barrel, Oman 45 min barrel, Malayziya 35 min barrel, Bəhreyn və Ekvatorial Qvineya 12 min barrel, Cənubi Sudan 8 min barrel, Bruney 7 min barrel, Sudan və Boliviya 4 min barrelədək azaldacaqlar.

Son xəbərlər

Orphus sistemi