​Azərbaycan G20 ölkələri energetika nazirlərinin İstanbul toplantısında iştirak edəcək

​Azərbaycan G20 ölkələri energetika nazirlərinin İstanbul toplantısında iştirak edəcək Görüş zamanı G20 Enerji Əməkdaşlığının Prinsipləri qiymətləndiriləcək
Energetika
22 Sentyabr , 2015 13:32
​Azərbaycan G20 ölkələri energetika nazirlərinin İstanbul toplantısında iştirak edəcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ G20 ölkələrinin Türkiyənin sədrliyi çərçivəsində İstanbulda keçiriləcək energetika nazirlərinin görüşündə iştirak məqsədilə Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 1-də bu ölkəyə səfər edəcək.

"Report" Nazirliyə istinadən xəbər verir ki, nazirlərin toplantısında enerjiyə əlçatanlıq, mövcud bazar şərtləri ilə enerjiyə sərmayə qoyuluşu, enerji səmərəliliyi və bərpa olunan enerji məsələləri müzakirə ediləcək. Bundan başqa, görüş zamanı G20 Enerji Əməkdaşlığının Prinsipləri də qiymətləndiriləcək.

Qeyd edək ki, Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir. Bu müddət 2015-ci il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin 2/3-ni təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.

Son xəbərlər

Orphus sistemi