Azərbaycan dizel istehsalını 31% artırıb

Azərbaycan dizel istehsalını 31% artırıb Benzin istehsalı isə 6% azalıb
Energetika
18 Fevral , 2015 11:04
Azərbaycan dizel istehsalını 31% artırıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda cari ilin yanvar ayında 112,5 min ton benzin istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7% azdır.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə dizel istehsalında isə əksinə, artım müşahidə olunub. Cari ilin yanvar ayında əvvəlki ilin eyni dövrünə nisbətən 30,9% çox dizel yanacağı istehsal olunub və istehsal cari ilin yanvar ayında 260 min tona çatıb.

Həmçinin bu artım neft-kimya sənayesində istifadə üçün olan benzin istehsalında da qeydə alınıb. Ötən ilin yanvar ayı ilə müqayisədə istehsal 50% artaraq 4,2 min ton olub. Hesabat ayında ölkədə 57,8 min ton ağ neft istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,1% azdır.

Statistikaya əsasən, ümumilikdə Azərbaycanda neft məhsullarının istehsal həcmi 198,2 mln. manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 17,1% azalıb. 

Son xəbərlər

Orphus sistemi