Azərbaycan Cənub Qaz Dəhlizinə 7,8 mlrd. dollar yatırıb

Azərbaycan Cənub Qaz Dəhlizinə 7,8 mlrd. dollar yatırıb Cənub Qaz Dəhlizi layihəsinin dəyəri 41,5 mlrd. dollar məbləğində qiymətləndirilir
Energetika
13 Oktyabr , 2017 17:19
Azərbaycan Cənub Qaz Dəhlizinə 7,8 mlrd. dollar yatırıb
"Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev / Report/ Orkhan Azim

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Cənub Qaz Dəhlizi" QSC Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Cənub Qaz Dəhlizi layihəsinə indiyədək 7,8 mlrd. dollar həcmində vəsait xərcləyib.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Argus" beynəlxalq neft sammitində çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.

"Cənub Qaz Dəhlizi layihəsinin dəyərinin 41,5 mlrd. dollar məbləğində olacağı qiymətləndirilir. "Cənub Qaz Dəhlizi" QSC-nin payı isə 11,8 mlrd. dollardır və bu günə layihəyə 7,8 mlrd. dollar investisiya qoyulub", - deyə Ə.İsayev əlavə edib.

Son xəbərlər

Orphus sistemi