Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq

Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq Bakı. 27 noyabr. REPORT.AZ/ Sabahdan başlayaraq 2 gün ərzində Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı keçiriləcək. 
Energetika
27 Noyabr , 2017 16:33
Azərbaycan Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında təmsil olunacaq
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov / Report/ Firi Salim

Bakı. 27 noyabr. REPORT.AZ/ Sabahdan başlayaraq 2 gün ərzində Türkmənistanın paytaxtı Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı keçiriləcək. 

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə Azərbaycanı nazir müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. 

Konfrans çərçivəsində “Davamlı enerji gələcəyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün investisiyaların təşviqi” mövzusunda nazirlərin görüşü də nəzərdə tutulub. Tədbirdə Beynəlxalq Enerji Xartiyası çərçivəsində əməkdaşlıq, davamlı enerjinin təminatı, enerji nəqli marşrutlarının təhlükəsizliyi və diversifikasiyası kimi məsələlər müzakirə ediləcək. 

28-ci konfransın yekun sənədi kimi Bəyannamənin qəbulu planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi