​Azərbaycan Albaniyanın qazlaşdırılması Baş Planının inkişafında iştirak edəcək

​Azərbaycan Albaniyanın qazlaşdırılması Baş Planının inkişafında iştirak edəcək İki ölkənin hökumətləri arasında müvafiq anlaşma memorandumu imzalanıb
Energetika
19 Dekabr , 2014 17:27
​Azərbaycan Albaniyanın qazlaşdırılması Baş Planının inkişafında iştirak edəcək

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov və Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin təmsil olunduğu nümayəndə heyəti Albaniyada səfərdədir. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 19-da Azərbaycan nümayəndə heyəti Albaniyanın baş naziri Edi Rama, parlamentin sədri İlir Meta, energetika və sənaye naziri Damian Giknuri ilə görüşlər keçirib. Görüşlərdə Albaniya və Azərbaycan arasında enerji sahəsində ikitərəfli münasibətlər, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) və regionda həyata keçirilən digər enerji layihələri üzrə əməkdaşlıq məsələləri və perspektivlər müzakirə olunub.

Səfər çərçivəsində iki ölkənin hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi