Ayın əvvəlindən yeraltı qaz anbarlarından 109 mln. kubmetr qaz istehlaka yönəldilib

Ayın əvvəlindən yeraltı qaz anbarlarından 109 mln. kubmetr qaz istehlaka yönəldilib Bakı. 16 noyabr. REPORT.AZ/ Noyabrın əvvəlindən bu vaxtadək yeraltı qaz anbarlarından 109 mln. kubmetr təbii qaz istehlaka yönəldilib.
Energetika
16 Noyabr , 2018 18:08
Ayın əvvəlindən yeraltı qaz anbarlarından 109 mln. kubmetr qaz istehlaka yönəldilib

Bakı. 16 noyabr. REPORT.AZ/ "Noyabrın əvvəlindən bu vaxtadək yeraltı qaz anbarlarından 109 mln. kubmetr təbii qaz istehlaka yönəldilib".

“Report”un məlumatına görə, bunu SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov bu gün “Azəriqaz” İstehsalat Birliyində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu il yeraltı qaz anbarlarına 3,1 mlrd. kubmetr təbii qaz vurulub: “Hazırda əhalinin istehlakına verilən gündəlik təbii qazın 15 mln. kubmetri məhz yeraltı qaz anbarlarından götürülür. Noyabrın əvvəlindən indiyədək yeraltı qaz anbarlarından 109 mln. kubmetr qaz istehlaka yönəldilib", - SOCAR-ın vitse-prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi