Axtarış-xilasetmə Qərargahının rəhbər heyət üzvləri xilasetmə tədbirlərilə yaxından tanış olublar

Axtarış-xilasetmə Qərargahının rəhbər heyət üzvləri xilasetmə tədbirlərilə yaxından tanış olublar Heyət üzvləri hadisə yerində olublar
Energetika
20 Dekabr , 2016 14:18
Axtarış-xilasetmə Qərargahının rəhbər heyət üzvləri xilasetmə tədbirlərilə yaxından tanış olublar

Bakı. 20 dekabr. REPORT.AZ/ “Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

“Report”a Axtarış-xilasetmə Qərargahından verilən məlumata görə, bu gün Qərargahın rəhbər heyət üzvləri hadisə yerində olub, həyata keçirilən xilasetmə tədbirlərilə yaxından tanış olublar. Qərargahın rəhbər heyət üzlərinin verdiyi tapşırıq və tövsiyyələrinə uyğun olaraq, hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti, sürəti bir daha təhlil olunub və axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib. Axtarış-xilasetmə əməliyyatlarının uzunluğu 125 km, eni isə 108 km olan geniş ərazidə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi