Avstraliya sahillərində “ExxonMobil”in platformasında neft dağılması olub

Avstraliya sahillərində “ExxonMobil”in platformasında neft dağılması olub Bununla bağlı federal tənzimləyici araşdırmalar aparır
Energetika
3 Fevral , 2017 14:17
Avstraliya sahillərində “ExxonMobil”in platformasında neft dağılması olub

Bakı. 3 fevral. REPORT.AZ/ Avstraliyanın şelfində, Bass boğazında “ExxonMobil” şirkətinin platfomasının yaxınlığında neft dağılması baş verib.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məlumata görə, bununla bağlı federal tənzimləyici araşdırmalar aparır.

“ExxonMobil”ə məxsus “Esso” şirkəti Avstraliyanın müvafiq qurumunu Bass boğazındakı “Qərbi Tuna” platforması ətrafında neft dağılması barədə məlumatlandırıb. Neft dağılmasının səbəbi və nə qədər neftin suyu çirkləndirdiyi hələlik məlum deyil. “ExxonMobil”in sözçüsü hələ də neft dağılmasının səbəbinin araşdırıldığını qeyd edib. Onun sözlərinə görə, texniki işlərlə əlaqədar platformalararası boru kəmərləri bağlanıb və əməliyyatlar aparılmır.

Qeyd edək ki, bu platformada təxminən 18 ay əvvəl yanğın baş verib və həmin vaxt yanğını 9 saata söndürmək mümkün olub. Bass boğazında 2013-cü ildə “ExxonMobil”in digər platformasından neft dağılması baş verib və bu zaman təxminən 750 litr neft dağılıb.

Son xəbərlər

Orphus sistemi