Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
29 Dekabr , 2016 17:48
Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 30-da saat 10:00-dan 12:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şorsulu” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir müddətində Səlyan rayonunun Şorsulu kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi