​ARDNŞ neft dağılmalarının qarşısını alacaq

​ARDNŞ neft dağılmalarının qarşısını alacaq Neft dağılmalarına qarşı cavab tədbirləri üzrə mövcud imkanların qiymətləndirilməsi aparılacaq
Energetika
4 Sentyabr , 2014 11:18
​ARDNŞ neft dağılmalarının qarşısını alacaq
Bakı. 4 sentyabr. REPORT.AZ/ Yaxın zamanlarda ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı (NDXLP) tələblərinə uyğun olaraq, ARDNŞ-nin neft dağılması ehtimalı yüksək olan obyektlərində texniki vəziyyətin və neft dağılmalarına qarşı cavab tədbirləri üzrə mövcud imkanların qiymətləndirilməsi aparılacaq.

Bu barədə “Report”a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə neft və neft məhsullarının dağılması ehtimalı olan ərazilər qurğular, boru kəmərləri və çənlər olan ərazilərdir.

Qurumun məlumatına görə artıq “ARDNŞ-nin neft dağılmalarının xəbərdarlığı və ləğvi planı” təsdiq olunub və planın icra mexanizmlərinin müəyyənləşdirilməsi, neft dağılmalarına qarşı qabaqlayıcı tədbirlərin görülməsi, dağılma baş verdiyi halda nəticələrinin aradan qaldırılması və ekoloji bərpa işlərinin aparılması üçün konkret fəaliyyət tədbirləri hazırlanacaq. Plan çərçivəsində kosmik monitorinq sisteminin təşkil olunması da planlaşdırılır. Qeyd edilən planın yerinə yetirilməsi istiqamətində FHN, ETSN, BP neft şirkəti, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərkosmos” ASC və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirildiyi də açıqlanıb.

Son xəbərlər

Orphus sistemi