​ARDNŞ Mançesterdə keçirilən “EIC Connect: Oil and Gas-2014” sərgi-konfransında iştirak edib

​ARDNŞ Mançesterdə keçirilən “EIC Connect: Oil and Gas-2014” sərgi-konfransında iştirak edib Enerji Sənayeləri Şurasının Neft və Qaz bölməsinin rəhbəri əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını deyuib
Energetika
28 Noyabr , 2014 18:49
​ARDNŞ Mançesterdə keçirilən “EIC Connect: Oil and Gas-2014” sərgi-konfransında iştirak edib

Bakı. 28 noyabr. REPORT.AZ/ Böyük Britaniyanın aparıcı ticarət assosiasiyası olan Enerji Sənayeləri Şurasının (The Energy Industries Council) və Birləşmiş Krallığın Ticarət və Sənaye agentliyinin (UK T&I) birgə təşəbbüssü ilə Mançesterdə “EIC Connect: Oil and Gas-2014” sərgi-konfransı keçirilib.

“Report”un xəbərinə görə, bu barədə ARDNŞ mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Açılış mərasimində Birləşmiş Krallığın ticarət və sərmayələr üzrə dövlət naziri Lord Livinqston çıxış edib. 200-dən artıq şirkətin qatıldığı tədbirdə ARDNŞ fəal iştirak edib.

ARDNŞ-nin nümayəndə heyəti Azərbaycanda həyata keçirilən iri neft və qaz layihələrində yerli biznesin iştirakı, birgə fəaliyyətlər və yeni sənaye məhsullarının istehsalı perspektivləri mövzularında müzakirələr aparıb, əldə olunmuş uğurlar barədə məlumat veriblər. ARDNŞ-nin Baş Ofisinin əməkdaşı Təbriz Əmmayev konfransda çıxış edib, ARDNŞ-nin Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev şirkətin yeni Neft-qaz və neft kimya Kompleksi, Star Neft Emalı zavodu və “Cənub Qaz Dəhlizi” layihələri barəsində geniş təqdimat keçirib. Auditoriyanı maraqlandıran suallar cavablandırılıb. ARDNŞ-nin təmsilçiləri “Azərbaycanın neft və qaz sektorunda yerli biznes resurslarından istifadənin və eyni zamanda yerli biznes subyektlərinin iştirakının artırılması” mövzusunda biznes-seminar təşkil edib, iştirakçılara cari nəticələr və gələcək perspektivlər barəsində məlumat veriblər.

Tədbirin sonunda Enerji Sənayeləri Şurasının Neft və Qaz bölməsinin rəhbəri Neil Golding ARDNŞ-nin iştirakının yüksək qiymətləndirildiyini və əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib. Gələn il Böyük Britaniya şirkətlərinin nümayəndələrindən ibarət qrupun Azərbaycana səfərinin planlaşdırıldığı bildirilib və həmin ərəfədə Bakıda biznes seminarın keçirilməsi barədə təklif irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi