ARDNF: “Equity Participation Fund"dan gəlirlilik 5 illik investisiya müddətindən sonraya təsadüf edəcək

ARDNF: “Equity Participation Fund"dan gəlirlilik 5 illik investisiya müddətindən sonraya təsadüf edəcək Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ddövlət Neft Fondu tərəfindən Equity Participation Fundda həyata keçirilən investisiyaların fəaliyyəti izlənilir və qeyd edilən fondun fəaliyyətinin monitorinqi mütəmadi qaydada həyata keçirilir.
Energetika
6 Noyabr , 2018 12:19
ARDNF: “Equity Participation Funddan gəlirlilik 5 illik investisiya müddətindən sonraya təsadüf edəcək

Bakı. 6 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ddövlət Neft Fondu tərəfindən "Equity Participation Fund"da həyata keçirilən investisiyaların fəaliyyəti izlənilir və qeyd edilən fondun fəaliyyətinin monitorinqi mütəmadi qaydada həyata keçirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib.

Fonddan bildirilib ki, özəl sərmayə fondlarının ortalama fəaliyyət dövrünün 10-12 il təşkil etdiyini nəzərə alaraq bu tip fondlarda investisiyalardan gəlirliliyin qısa müddət ərzində əldə olunmasının hədəflənməyib.

“Equity Participation Fund"da investisiya müddətinin 5 il təşkil etdiyini nəzərə alsaq, gəlirliliyin əldə olunmasının əsasən qeyd olunan müddətdən sonrakı dövrə (“investment distribution period”) təsadüf edəcəyini vurğulamaq istərdik”, - deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, 2016-cı ilin sonunda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Çin və Azərbaycanla birgə "Equity Participation Fund" adlı investisiya fondu yaradıb. Fondun maliyyələşdirilməsinin birinci mərhələsində Çinin Valyuta İdarəsi fonda 250 mln. avro, ARDNF isə 100 mln. avro yatırıb. 

Son xəbərlər

Orphus sistemi