Bakı. 29 sentyabr. REPORT.AZ/ Türkiyə və Avropa İttifaqı (Aİ) oktyabrın 1-də Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini müzakirə edəcək. "Report" xəbər veri ki, bunu "Anadolu" agentliyinə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
Cənub Qaz Dəhlizinin hissəsi olan
Avropa Komissiyası üçün enerji təhlükəsizliyi və boru xətlərinin keçid nöqtələrinin çox əhəmiyyətli olduğunu deyən M.Şefçoviç bu il martın 15-də Türkiyənin enerji və təbii sərvətlər naziri Əli Rza Alaboyun ilə Avropa Komissiyasının iqlim və enerji məsələləri üzrə məsul komissarı Migel Arias Kanyete arasında imzalanan "Yüksək səviyyəli enerji dialoqu" çərçivəsində oktyabrın 1-də bir araya gələcəklərini açıqlayıb.
Qeyd edək ki, "Şahdəniz" qazını Avropaya daşıyacaq TANAP layihəsində 58% SOCAR-a, 30% BOTAŞ-a, 12% isə BP-yə məxsusdur.