​Aİ Azərbaycan, Türkmənistan və Türkiyə ilə qaz nəqlinə dair Bəyannamə imzalayıb

​Aİ Azərbaycan, Türkmənistan və Türkiyə ilə qaz nəqlinə dair Bəyannamə imzalayıb Aşqabadda dördtərəfli danışıqlar aparılıb
Energetika
2 May , 2015 05:49
​Aİ Azərbaycan, Türkmənistan və Türkiyə ilə qaz nəqlinə dair Bəyannamə imzalayıb

Bakı. 2 may. REPORT.AZ/ Türkmənistanın paytaxtı Aşqabadda Xəzəryanı ölkələrdən Avropaya qaz nəqlinə dair dördtərəfli danışıqlar aparılıb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan, Türkmənistan, həmçinin Türkiyənin neft-qaz idarələrinin rəhbərləri və Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak ediblər.

Tərəflər enerji daşıyıcılarının Xəzəryanı regiondan dünya bazarlarına, eləcə də, Avropa istiqamətində çıxarılması üzrə marşrutların şaxələndirilməsi məsələlərini müzakirə ediblər. Onlar təbii qazın Xəzər regionundan Avropaya nəqli, o cümlədən əməkdaşlığın bu istiqamətinin inkişafına kömək edə biləcək korporasiyanın yaradılması üzrə kompleks məsələlərin nəzərdən keçirilməsini nəzərdə tutan danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər.

Görüşün yekununda Bəyannamə imzalanıb. Sənəddə dörd tərəfin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi istəyi öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi