Ağdamda qaz təchizatı dayandırılıb

Ağdamda qaz təchizatı dayandırılıb Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə kənd və qəsəbəsində qaz təchizatı dayandırılıb.
Energetika
2 Sentyabr , 2019 10:37
Ağdamda qaz təchizatı dayandırılıb

Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə kənd və qəsəbəsində qaz təchizatı dayandırılıb. 

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.

Bundan başqa paytaxtda- Bakının Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.

Son xəbərlər

Orphus sistemi