AÇG və “Şahdəniz”dən 297 mlrd kubmetrdən çox qaz hasil edilib

AÇG və “Şahdəniz”dən 297 mlrd kubmetrdən çox qaz hasil edilib AÇG və “Şahdəniz”dən 297 mlrd kubmetrdən çox qaz hasil edilib
Energetika
9 İyul , 2020 10:30
AÇG və “Şahdəniz”dən 297 mlrd kubmetrdən çox qaz hasil edilib

İstismara veriləndən bu il iyulun 1-dək Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 171,2 mlrd kubmetr, “Şahdəniz” qaz-kondensat yatağından isə 126,3 mlrd kubmetr qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin məlumatında qeyd edilib.

 “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 iyul tarixinədək 83,5 mlrd kubmetr qaz ixraca nəql edilib.

Bu ilin I yarısında AÇG-dən 6,3 mlrd kubmetr, “Şahdəniz”dən 9,4 mlrd kubmetr qaz hasil olunub.

Qeyd edək ki, “Şahdəniz” yatağından hasil edilən qazın ixrac istiqamətləri Türkiyə və Gürcüstan bazarlarıdır.

Son xəbərlər

Orphus sistemi