AÇG sazişi üzrə növbəti bonus Azərbaycana yanvarın sonunda ödəniləcək

AÇG sazişi üzrə növbəti bonus Azərbaycana yanvarın sonunda ödəniləcək Bakı. 3 yanvar. REPORT.AZ/ Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən 2019-cu ildə bonus ödənişlərinin 450,1 mln. ABŞ dolları və ya 765,17 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Energetika
3 Yanvar , 2019 12:01
AÇG sazişi üzrə növbəti bonus Azərbaycana yanvarın sonunda ödəniləcək

Bakı. 3 yanvar. REPORT.AZ/ Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən 2019-cu ildə bonus ödənişlərinin 450,1 mln. ABŞ dolları və ya 765,17 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də deyilir.

Bu il ödənilməsi planlaşdırılan bonus ödənişlərinin məbləği manat ifadəsilə 2017-ci ilin müvafiq icra göstəricisindən 762,77 mln.manat çoxdur, 2018-ci ilin isə proqnoz və gözlənilən icra göstəricilərinə bərabərdir.

Belə ki, 14 sentyabr 2017-ci il tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd. ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Bildirilib ki, bonus məbləğinin 2-ci hissəsi- 450 mln. ABŞ dolları və ya 765 000 min manat 31 yanvar 2019-cu il tarixində ödənilməsi nəzərdə tutulur. 

Bununla yanaşı, 2019-cu il üzrə “Şahdəniz” yatağında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” fazası üzrə 0,1 mln. ABŞ dolları və ya 170,0 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi