​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq Bakının üç qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
6 Noyabr , 2015 18:02
​Abşeron magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq

Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 10-da saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zabrat-1'', “Zirə-3'' və “Yeni Zabrat” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Bakı şəhəri Sabunçu rayonunun Zabrat 1 və Balaxanı, həmçinin Xəzər rayonunun Zirə qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. 

Son xəbərlər

Orphus sistemi