ABŞ prezidenti OPEC ölkələrini neftin qiymətini qaldırmaqda ittiham edib

ABŞ prezidenti OPEC ölkələrini neftin qiymətini qaldırmaqda ittiham edib Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp OPEC ölkələrini neftin qiymətini qaldırdıqlarına görə tənqid edib.
Energetika
25 Sentyabr , 2018 20:23
ABŞ prezidenti OPEC ölkələrini neftin qiymətini qaldırmaqda ittiham edib

Bakı. 25 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp OPEC ölkələrini neftin qiymətini qaldırdıqlarına görə tənqid edib.

“Report” CNN-ə istinadən xəbər verir ki, o, BMT Baş Assambleyasındakı çıxışı zamanı OPEC-ə üzv dövlətlərin bu yolla digər dövlətləri talan etdiklərini bildirib.

"Bunu da heç kim bəyənə bilməz. Bu dövlətlərin bir çoxunu biz müdafiə edirik. Onlar isə bundan istifadə edərək nefti bizim üçün çox yüksək qiymətə satırlar”, - D.Tramp çıxışında deyib.

Son xəbərlər

Orphus sistemi