ABŞ neft hasilatı proqnozunu azaldıb

ABŞ neft hasilatı proqnozunu azaldıb ABŞ 2020-ci il üzrə gündəlik neft hasilatının 11,8 mln. barel olacağını proqnozlaşdırır.
Energetika
8 Aprel , 2020 10:00
ABŞ neft hasilatı proqnozunu azaldıb

ABŞ 2020-ci il üzrə gündəlik neft hasilatının 11,8 mln. barel olacağını proqnozlaşdırır.

“Report” ABŞ hökumətinin Enerji Məlumatları Administrasiyasının (EİA) aprel ayı hesabatına istinadən xəbər verir ki, bu göstərici əvvəlki proqnozdan 1,2 mln. barel/gün azdır.

Bu ilin proqnozu 2019-cu ilin hasilat göstəricisindən 0,5 mln. barel aşağıdır.

Bildirilib ki, əgər bu ilki proqnoz yerinə yetirilərsə, bu ölkədə 2016-cı ildən bəri ilk azalma olacaq.

2021-ci ildə isə ölkədə gündəlik neft hasilatının 0,7 mln.barel azalaraq 11,1 mln. barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi